Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “Qalatasaray” səfərdə “Ərzurumspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda 3 xalı 4 cavabsız qolla qazanıb.
Qeyd edək ki, 2-ci turun qalan görüşləri avqustun 22-də, 23-də və 24-də baş tutacaq.
Türkiyə, Super Liqa
2-ci tur
21 avqust
Ərzurumspor – Qalatasaray 0:4
22 avqust
20:00. Çorum – Kasımpaşa
20:00. Rizəspor – Samsunspor
22:30. Fənərbağça – Konyaspor
23 avqust
20:00. Eyüpspor – Qaziantep
20:00. Trabzonspor – Başakşəhər
22:30. Alanyaspor – Beşiktaş
22:30. Göztəpə – Gənclərbirliyi
24 avqust
22:30. Kocaelispor – Amedspor


