Super Liqa: “Qalatasaray” “Göztəpə”ni 3 qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Son çempion “Qalatasaray” doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun İstanbul nəhənginin qələbəsi ilə başa çatıb.

“Konyaspor” evdə “Kocaelispor”a, “Qaziantep” isə “Rizəspor”a məğlub olub.

3-cü turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.

Türkiyə, Super Liqa
3-cü tur

28 avqust

Gənclərbirliyi – Ərzurumspor 1:1

29 avqust

Konyaspor – Kocaelispor 1:2
Qalatasaray – Göztəpə 3:2
Qaziantep – Rizəspor 1:2

30 avqust

20:00. Eyüpspor – Alanyaspor
22:30. Başakşəhər – Kasımpaşa
22:30. Samsunspor – Fənərbağça

31 avqust

22:30. Amedspor – Trabzonspor
22:30. Beşiktaş – Çorum

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: