Super Liqa: “Qalatasaray” inamlı qələbə ilə yenidən zirvədə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Son çempion “Qalatasaray” öz meydanında “Adana Dəmirspor”u qonaq edib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.

Adana təmsilçisinin heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub.

Bu qələbə sayəsində xalını 40-a yüksəldən “sarı-qırmızılar” zirvədə qərarlaşıblar. 23 xala malik “Adana Dəmirspor” isə 5-ci sıradadır.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

Türkiyə, Super Liqa
15-ci tur
8 dekabr

Qalatasaray – Adana Dəmirspor -3:1
Qollar: S.Boey, 22. K.Aktürkoğlu, 29. M.İkardi, 90+4-pen. – M.Nyanq, 45+4-pen.

9 dekabr

14:30. Antalyaspor – Fatih Karagümrük
17:00. Samsunspor – Kasımpaşa
20:00. Beşiktaş – Fənərbaxça

10 dekabr

14:30. İstanbulspor – Alanyaspor
17:00. Başakşəhər – Hatayspor
17:00. Kayserispor – Pendikspor
20:00. Qaziantep – Trabzonspor

11 dekabr

21:00. Ankaragücü – Rizəspor
21:00. Konyaspor – Sivasspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: