Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında son çempion “Qalatasaray” doğma meydanda “Rizəspor”la qarşılaşıb. 8 qolun qeydə alındığı matç liderin növbəti qələbəsiylə yekunlaşıb.
29-cu turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
Türkiyə, Super Liqa
29-cu tur
8 mart
Qalatasaray – Rizəspor 6:2
Qollar: D.Kon, 9. L.Torreyra, 31. K.Demirbay, 40; 45; 64-pen. M.İkardi, 85 – Hoyer, 38. Olavoyin, 61.
9 mart
14:30. Sivasspor – Alanyaspor
17:00. Konyaspor – Adana Dəmirspor
20:00. Başakşəhər – Antalyaspor
20:00. Trabzonspor – Fatih Karagümrük
10 mart
14:30. Kayserispor – Hatayspor
17:00. İstanbulspor – Kasımpaşa
17:00. Samsunspor – Ankaragücü
20:00. Fənərbaxça – Pendikspor
11 mart
21:30. Qaziantep – Beşiktaş


