Super Liqa: “Qalatasaray” və “Hatayspor”dan inamlı qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Ankaragücü” – “Sivasspor” matçında qapılara qol vurulmayıb.

Dörd qolun qeydə alındığı “Hatayspor” – “Fatih Karagümrük” matçında meydan sahibləri inamlı qələbəyə seviniblər. Meydan sahiblərinin heyətində 90-cı dəqiqədə Azərbaycan millisinin hücumçusu Renat Dadaşova da şans verilib.

Səfərdə “Samsunspor”la qarşılaşan son çempion “Qalatasaray” da turu inamlı qələbə ilə başa vurub.

24-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Türkiyə, Super Liqa
24-cü tur
2 fevral

Ankaragücü – Sivasspor 0:0

Hatayspor – Fatih Karagümrük 3:1
Qollar: Matondo, 41; 90+5. Strandberq, 51-pen = Lazanya, 86.

Samsunspor – Qalatasaray 0:2
Qollar: Nelsson, 5. B.A.Yılmaz, 11.

3 fevral

14:30. Rizəspor – Konyaspor
17:00. Başakşəhər – İstanbulspor
20:00. Antalyaspor – Fənərbaxça
20:00. Qaziantep – Kayserispor

4 fevral

14:30. Pendikspor – Adana Dəmirspor
17:00. Kasımpaşa – Alanyaspor
20:00. Beşiktaş – Trabzonspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: