Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“İstanbulspor” doğma meydanda “Hatayspor” üzərində qələbəyə sevinib. Hataylıların heyətində 90 dəqiqə meydanda olan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov komandasının yeganə qoluna imza atıb. O, 90+7-ci dəqiqədə sarı vərəqə də alıb.
“Qaziantep” “Ankaragücü” ilə ev oyunundan məğlub ayrılıbsa, “Konyaspor” “Kasımpaşa” üzərində inamlı qələbəyə sevinib. “Qalatasaray” isə “Alanyaspor”a böyük hesabla qalib gəlib.
Turun qalan görüşləri 26 və 27 noyabrda keçiriləcək.
Türkiyə, Super Liqa
13-cü tur
25 noyabr
İstanbulspor – Hatayspor 2:1
Qollar: Loşay, 26. Mamadu, 79 – Dadaşov, 48-pen.
Qaziantep – Ankaragücü 0:1
Qol: A.Uludağ, 45+4.
Konyaspor – Kasımpaşa 2:0
Qollar: Çikalleşi, 64. Gilyerme, 77.
Qalatasaray – Alanyaspor 4:0
Qollar: İkardi, 37. Mertens, 45; 59. Zaha, 70.
26 noyabr
14:30. Kayserispor – Adana Dəmirspor
17:00. Antalyaspor – Rizəspor
17:00. Samsunspor – Beşiktaş
20:00. Fənərbaxça – Fatih Karagümrük
27 noyabr
21:00. Başakşəhər – Pendiskpor
21:00. Sivasspor – Trabzonspor


