Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.
“İstanbulspor” – “Samsunspor” və “Kayserispor” – “Antalyaspor” oyunlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beş qolun qeydə alındığı “Trabzonspor” – “Kasımpaşa” matçında meydan sahibləri məğlubiyyətə üzülüblər.
Son çempion “Qalatasaray” isə doğma meydanda “Qaziantep”lə qarşılaşıb. Oyunda hesabı qonaqlar açsa da, fasilədən sonra iki qol vurmağa nail olan “sarı qırmızılar” əzmkar qələbəyə seviniblər.
Beləliklə, 23 turdan sonra 60 xala malik “Fənərbaxça” ilə “Qalatasaray” şərikli liderliyi davam etdirirlər. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 36 xalla dördüncü, “Rizəspor” 35 xalla beşinci, “Antalyaspor” 34 xalla altıncı pillədə qərarlaşıb.
Türkiyə, Super Liqa
23-cü tur
27 yanvar
Alanyaspor – Pendikspor 1:1
Qollar: Fer, 82 – Tiam, 78.
Adana Dəmirspor – Hatayspor 0:1
Qol: Nani, 44-öz qapısına.
28 yanvar
Konyaspor – Başakşəhər 2:3
Qollar: Prip, 8; 14 – Pyontek, 67-pen; 79; 90+2.
Fatih Karagümrük – Rizəspor 4:0
Qollar: V.Eysserik, 38. S.Dursun, 66-pen. L.Mercan, 75. C.Keleş, 85.
Sivasspor – Beşiktaş 1:0
Qol: Manay, 6.
Fənərbaxça – Ankaragücü 2:1
Qollar: C.Ündər, 20; 32 – T.Cigerci, 13-pen.
29 yanvar
İstanbulspor – Samsunspor 1:1
Qollar: E.Gültəkin, 54 – E.Kılınc, 72.
Kayserispor – Antalyaspor 1:1
Qollar: A.Karimi, 61 – Larsson, 31.
Qalatasaray – Qaziantep 2:1
Qollar: Zaha, 72. B.A.Yılmaz, 89 – A.Kızıldağ, 29.
Trabzonspor – Kasımpaşa 2:3
Qollar: E.Destan, 19. P.Yıldırım, 90+1 – A.Kara, 47. Hayradinoviç, 58-pen. Da Kosta, 75.


