Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Başakşəhər” – “Adana Dəmirspor” matçında qapılara qol vurulmayıb. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev qonaqların heyətində 90 dəqiqə oynayıb.
Millimizin digər üzvü Renat Dadaşovun 72 dəqiqə oynadığı oyunda komandası “Hatayspor” səfərdə “Rizəspor”a 2 cavabsız qolla uduzub.
Günün digər oyunlarının taleyini bir qol həll edib. “Trabzonspor” səfərdə “Ankaragücü” komandasına, “Samsunspor” isə evdə “Fatih Karagümrük” kollektivinə qalib gəlib.
Türkiyə, Super Liqa
19-cu tur
5 yanvar
Qaziantep – Pendikspor 2:2
Qollar: Draquş, 12. O.Özçiçek, 49 – E.Özgənc, 77. E.Yardımcı, 80.
Antalyaspor – Alanyaspor 0:0
Beşiktaş – Kasımpaşa 1:3
Qollar: S.Kılıçsoy, 45+2 – Da Kosta, 41; 80; 83.
6 yanvar
Rizəspor – Hatayspor 2:0
Qollar: Vareşanoviç, 19. Olavoyin, 82.
Başakşəhər – Adana Dəmirspor 0:0
Ankaragücü – Trabzonspor 0:1
Qol: E.Vişça, 30.
Samsunspor – Fatih Karagümrük 1:0
Qol: E.Kara, 84.
7 yanvar
14:30. Kayserispor – Sivasspor
17:00. İstanbulspor – Fənərbaxça
20:00. Qalatasaray – Konyaspor


