Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Kasımpaşa” – “Kayserispor” matçında qonaqlar qələbə qazanıblar.
“Alanyaspor” evdə “Qaziantep”ə, “Sivasspor” isə səfərdə “Fatih Karagümrük”ə 3 cavabsız qolla uduzub. “Hatayspor” da son çempion “Qalatasaray”la oyundan qalib ayrılmaqla İstanbul təmsilçisinə cari mövsümdə ilk məğlubiyyət acısını daddırıb. Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Hatay təmsilçisinin heyətində 88 dəqiqədə meydanda olub.
12-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Türkiyə, Super Liqa
12-ci tur
10 noyabr
Ankaragücü – Antalyaspor 0:4
Qollar: Larsson, 8. Yehezkel, 29. Buksa, 70. Assombalonqa, 85.
Trabzonspor – Konyaspor 2:1
Qollar: Onuaçu, 59; 85 – Prip, 77.
11 noyabr
Kasımpaşa – Kayserispor 3:4
Qollar: Fall, 36. Da Kosta, 50. A.Kara, 74-pen – Karimi, 12. S.Çiftpınar, 27-öz qapısına. Morte, 45. Tiam, 47.
Alanyaspor – Qaziantep 0:3
Qollar: Maksim, 45+6-pen. Draquş, 45+9. Riaskos, 90+5.
Fatih Karagümrük – Sivasspor 3:0
Qollar: Eysserik, 42. G.Yalçın, 79. S.Dursun, 86.
Hatayspor – Qalatasaray 2:1
Qollar: Rivas, 14. Lamkel Ze, 55 – Zaha, 28.
12 noyabr
14:30. Pendikspor – Samsunspor
17:00. Beşiktaş – Başakşəhər
17:00. Rizəspor – İstanbulspor
20:00. Adana Dəmirspor – Fənərbaxça


