Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 12-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Ankaragücü” doğma meydanda “Antalyaspor”a 4 cavabsız qolla uduzub. Üç qolun qeydə alındığı “Trabzonspor” – “Konyaspor” matçında isə meydan sahibləri qalib gəliblər.
12-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
12-ci tur
10 noyabr
Ankaragücü – Antalyaspor 0:4
Qollar: Larsson, 8. Yehezkel, 29. Buksa, 70. Assombalonqa, 85.
Trabzonspor – Konyaspor 2:1
Qollar: Onuaçu, 59; 85 – Prip, 77.
11 noyabr
14:30. Kasımpaşa – Kayserispor
17:00. Alanyaspor – Qaziantep
17:00. Fatih Karagümrük – Sivasspor
20:00. Hatayspor – Qalatasaray
12 noyabr
14:30. Pendikspor – Samsunspor
17:00. Beşiktaş – Başakşəhər
17:00. Rizəspor – İstanbulspor
20:00. Adana Dəmirspor – Fənərbaxça


