Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, beşinci yarış günündə 3 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Bu gün isə onlar medal görüşlərinə çıxıblar.
Eldəniz Əzizli (55 kq) qitə birinciliyinin bürünc medalını qazanıb. Alman güləşçiylə 3-cü yer uğrunda mübarizə aparan təcrübəli pəhləvanımız cəmi 1 dəqiqə ərzində rəqibinə tam üstünlüklə qalib gəlib. Beləliklə, Əzizli ardıcıl 3-cü dəfə qitə birinciliyinin bürünc medalını qazanıb. Bu, Eldənizin ümumilikdə 4-cü AÇ medalı olub.
Sənan Süleymanov (77 kq) bürünc medal yolunda əvvəlcə təsəlliverici görüşə çıxıb. Onun bu yoldakı rəqibi Ermənistan təmsilçisi Varujan Qriqoryan olub. Rəqibini asanlıqla məğlub edən Sənan, bürünc medal uğrunda Dmitro Pişkovla (Ukrayna) üz-üzə gəlib. Bu rəqibini də inamlı heçabla yenən güləşçimiz bürünc medala sahib çıxıb.
Taleh Məmmədov isə karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəlib. O, qızıl medal qazanmaq üçün Cambolat Lokyayevdən (Rusiya) üstün olmalı idi. Lakin finalda uduzan idmançımız gümüş medalla kifayətlənməli olub.
55 kq
1/8 final: Eldəniz Əzizli – Nedyalko Petrov (Bolqarıstan) 12:4
1/4 final: Eldəniz Əzizli – Nuqzari Tsurtsumia (Gürcüstan) 10:1
1/2 final: Eldəniz Əzizli – Emin Seferşayev (Rusiya) 4:5
Bürünc medal görüşü: Eldəniz Əzizli – Fabian Şmitt (Almaniya) 8:0
63 kq
1/8 final: Taleh Məmmədov – Nikolay Viçev (Bolqarıstan) 9:6
1/4 final: Taleh Məmmədov – Qraçya Poqosyan (Ermənistan) *2:2
1/2 final: Taleh Məmmədov – Aleksandrs Jurkyans (Latviya) 7:1
Final: Taleh Məmmədov – Cambolat Lokyayev (Rusiya) 0:5
77 kq
1/8 final: Sənan Süleymanov – Harri Latvala (Finlandiya) 10:0
1/4 final: Sənan Süleymanov – Yunus Əmrə Başar (Türkiyə) 5:8
Təsəlliverici görüş: Sənan Süleymanov – Varujan Qriqoryan (Ermənistan) 11:0
Bürünc medal görüşü: Sənan Süleymanov – Dmitro Pişkov (Ukrayna) 6:0