Tomas Müller Ronaldo və Messi arasında seçim etdi

“Bayern”in hücumçusu Tomas Müller Lionel Messi (“İnter Mayami”) və Kristiano Ronaldo (“Əl-Nəsr”) haqda danışıb və seçimini açıqlayıb.

Arena.az “Goal” portalına istinadən Tomas Müllerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bütün zamanların ən böyüyü kimdir? Mənim üçün Messi ən yaxşısıdır, çünki o, insanları belə deməyə vadar edir: “Mən onun zərifliyinə görə stadiona gedirəm” və eyni zamanda, o, qol vurmaqda, rekordlar və titullar qazanmaqda çox effektivdir. Kristiano da iki kateqoriyada güclü namizəddir: statistika və titullarda, amma Messi daha incə və zərifdir”, deyə Müller vurğulayıb.

Xatırladaq ki, argentinalı ulduz Lionel Messi karyerası ərzində 7 dəfə “Qızıl top” qazanıb və bu göstərici üzrə mütləq rekorda sahibdir. Kristiano Ronaldo da öz növbəsində “Qızıl top”u 5 dəfə qazanıb.

Tomas Müller cari mövsümdə “Bayern”in heyətində 1 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Müllerin “Bayern”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 121 oyuna çıxıb, 44 qol vurub, 40 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı Tomas Mülleri 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: