“Transfermarkt” internet-portalı yaz yeniləməsinin nəticələri əsasında transfer dəyərini ən çox artırmış futbolçuların siyahısnı dərc edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Yunayted”in 18 yaşlı ingilis yarımmüdafiəçisi Kobbi Maynu yer alıb.
Maynunun transfer dəyəri 29 milyon avro məbləğində artaraq 35 milyon avro məbləğə yüksəlib.
2-ci yerdə isə transfer dəyərinin 23,5 milyon avro məbləğində artımına nail olmuş, “Barselona”nın 17 yaşlı ispan müdafiəçisi Pau Kubarsi qərarlaşıb. Kubarsinin transfer dəyəri 25 milyon avro məbləğində qiymətləndirilir.
Transfer dəyəri ən bahalaşmış oyunçuların onluğunu təqdim edirik:
- Kobbi Maynu (“Mançester Yunayted”, 35 (+29) milyon avro);
- Pau Kubarsi (“Barselona”, 25 (+23,5) milyon avro);
- Aleksandar Pavloviç (“Bayern”, 25 (+23) milyon avro);
- Filip Foden (“Mançester Siti”, 130 (+20) milyon avro);
- Samuel Omorodion (“Alaves”, 40 (+20) milyon avro);
- Kenan Yıldız (“Yuventus”, 30 (+ 20) milyon);
- Tiaqo Rodriges (“Brügge”, 25 (+19) milyon avro);
- Lamin Yamal (“Barselona”, 75 (+15) milyon avro);
- Ayvan Touni (“Brentford”, 50 (+15) milyon avro);
- Leni Yoro (“Lill”, 40 (+15) milyon avro).


