“Transfermarkt” internet-portalı oyunçuların transfer qiymətinə dair yenilənmələr əsasında ən bahalı 10 hücumçunun siyahısını təqdim edib.
Arena.az məlumat verir ki, siyahıya “Mançester Siti”nin və Norveç yığmasının mərkəz hücumçusu Erlinq Haland başçılıq edir.
Amma Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe də Halandla eyni dəyərdədir.
Dünyanın ən bahalı 10 hücumçusunun siyahısını təqdim edirik:
- Erlinq Haaland (“Mançester Siti”, 180 milyon avro);
- Kilian Mbappe (PSJ, 180 milyon avro);
- Vinisius Junior (“Real”, 150 milyon avro);
- Bukayo Saka (“Arsenal”, 120 milyon avro);
- Viktor Osimhen (“Napoli”, 120 milyon avro);
- Filip Foden (“Mançester Siti”, 110 milyon avro);
- Harri Keyn (“bayern”, 110 milyon avro);
- Rodriqo Qoes (“Real”, 100 milyon avro);
- Lautaro Martines (“İnter”, 100 milyon avro);
- Rafael Leao (“Milan”, 90 milyon avro).


