“Slaviya”nın (Praqa) baş məşqçisi Yindrix Trpişovski UEFA Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Çexiya və Azərbaycan təmsilçiləri arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun oyunu sabah Bakıda baş tutacaq.
Trpişovski bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah” elə komandadır ki, oyun üslubuna görə “Barselona” ilə müqayisə edərdim. 4-3-3 sxemində oynayırlar. “Sabah” daha çox hücumda oynayır. Onlar topa nəzarət etməyə çalışırlar. Komanda fərdi keyfiyyətlərlə özünü göstərir. “Mançester Yunayted”lə görüşdə də bir neçə qol şans əldə etdilər. Orada yaxşı nəticə əldə etmək olardı. “Sabah” ardıcıl hücumlar həyata keçirən komandadır. Hansı komandanın hücumçuları güclü olursa, bu, həlledici amildir.
Bura ikinci dəfədir gəlirəm. İlk dəfə 10 il bundan əvvəl gəlmişdim. Sabah da həmin oyuna uyğun matç olacaq. Şəhərdə böyük dəyişikliklər var. Karyeramda da bir çox dəyişikliklər baş verdi. “Slaviya”nın baş məşqçisi oldum və bu cür nəticələr qazanırıq. Bir sıra məsələlər dəyişib. Ətrafım da dəyişib.
Balkanlarda 4-5 il əvvəl olmuşam. Onlar tanınmış deyil, amma yaxşı oynayırlar. “Sabah”la oyun bizə çox böyük təcrübə verəcək. İnanırıq ki, azarkeşlərimiz də bizə güvənir”.
“Slaviya”nın futbolçusu Tomaş Vlçek də mətbuat konfransında fikirlərini bölüşüb:
“Təzyiqlər bizə mane olmur. “Lans”la ÇL matçından sonra yaxşı nəticələr göstərdik. Düşünürəm ki, o oyunda baş verənlər bizə müsbət təsir göstərdi. Komandamız Çempionlar Liqasında qalib gəlməyə layiqdir. Uzun müddətdir ki, Çempionlar Liqasında qalib gəlmirik. Bu, bizi motivasiya edir. Buradan qələbə ilə qayıtmaq istəyirik. “Sabah” çox güclü rəqibdir. Təsnifat mərhələlərində gözəl oynadılar. Rəqibimiz çox səviyyəli komanda hesab olunur. Hamı kimi mən də düşünürəm ki, çox gözəl futbol sərgiləyirlər. Təbii ki, rəqib güclü komandadır. Lakin var gücümüzlə oyuna hazırlaşmışıq”.


