“Turan Tovuz” Ankaraya yollandı

2023/2024 mövsümünə hazırlığını davam etdirən “Turan Tovuz” təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Türkiyəyə yollanıb.

Arena.az xəbər verir ki, qərb təmsilçisi iyulun 28-nə qədər Ankaranın Qızılcahamam bölgəsində yerləşən “Cam” otelində məskunlaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv burada üç yoxlama görüşü keçirəcək. Rəqiblərdən biri Türkiyənin “Adana Dəmirspor”, digəri isə “Eyüpspor” komandasıdır. Sonuncu rəqibin adına hələ aydınlıq gəlməyib.

Xatırladaq ki, “Turan Tovuz” Bakıdakı hazırlıq çərçivəsində də bir yoxlama oyunu keçirmişdi. Ayxan Abbasovun yetirmələri “Araz Naxçıvan”la sınaq matçından 5:1 hesablı qələbə ilə ayrılmışdılar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: