“Turan Tovuz” Cavid Tağıyevi də heyətinə qatdı

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Tovuz klubu yarımmüdafiəçi Cavid Tağıyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tovuz futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Cavid Tağıyev geridə qalan mövsümü “Səbail”də keçirib. Vaxtilə Azərbaycan millisinin də şəfərini qorumuş 30 yaşlı futbolçu “Sabah”, “Sumqayıt”, “Zirə”, “Qarabağ” və AZAL-ın da formasını geyinib.

“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, İmeda Aşortiya və Piruzi Marakvelidzeni transfer etmişdi. Tovuz klubu həmçinin “Sabah”dan Veysəl Rzayevlə Şakir Seyidovu, “Neftçi”dən isə Turan Vəlizadə və Xəyal Nəcəfovu icarəyə götürüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: