“Turan Tovuz” Eltun Turabovu da transfer etdi

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi müdafiəçi Eltun Turabovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq “Sumqayıt”da forma geyinmiş futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Eltun Turabov “Qarabağ”ın yetirməsidir. O, karyerası ərzində “Xəzər Baku”, “Sabah”, “Bilis” (Albaniya) kimi klubların da formasını geyinib. 25 yaşlı futbolçu 2020-ci ildən “Sumqayıt”da çıxış edirdi. Müdafiəçi vaxtilə Azərbaycanın U-21 yığmasının da uğurları üçün çalışıb.

“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Veysəl Rzayev, Şakir Seyidov və Turan Vəlizadəni də heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: