“Turan Tovuz” İmeda Aşortiya transferini açıqladı

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” bu yay ilk legioner transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Tovuz klubu gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortiyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Telavi”də keçirən Aşortiya vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın formasını geyinib. O, son mövsümdə “Telavi”nin heyətində 20 oyun keçirib 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov və Ehtiram Şahverdiyevi transfer etmişdi. Tovuz klubu həmçinin “Sabah”dan Veysəl Rzayevlə Şakir Seyidovu, “Neftçi”dən isə Turan Vəlizadə və Xəyal Nəcəfovu icarəyə götürüb.