Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə hazırlığı davam etdirən “Turan Tovuz” klubunda yeni məşqçi təyinatı gerçəkləşib.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi İspaniyadan olan fiziki hazırlıq üzrə məşqçi Alberto Qarsiya Santamariya ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Qarsiya ilə razılaşmanın müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovdur.



