“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Karyerasına vətənində “Apeje”də başlayan Runi Eva, Yunanıstanda “Xania”, “Veria”, “Asteras”, “Aittitos Spata”, “Trikala”, “Karaiskakis”, Əlcəzairdə “Alger”, “Ain Mlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.
“Turan Tovuz” daha öncə İmeda Aşortiya, Piruzi Marakvelidze və Natan Oduva və Ben Aziz Dao kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Cavid Tağıyev, Vüsal Məsimov və Sadiq Quliyev transfer olunub. Həmçinin Veysəl Rzayev, Şakir Seyidov və Nazim Həsənzadə “Sabah”dan, Turan Vəlizadə ilə Xəyal Nəcəfov “Neftçi”dən icarəyə götürülüb. Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla isə yeni müqavilə imzalanıb.