“Turan Tovuz” üçün iki Türkiyə, bir Tanzaniya klubu

2023/2024 mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz”un qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarının və rəqiblərin siyahısı bəlli olub.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi əvvəlcə iki yerli komanda ilə üz-üzə gələcək.

Belə ki, Ayxan Abbasovun çalışdırdığı komanda iyulun 17-də Türkiyənin “Adana Dəmirspor” komandası ilə üz-üzə gələcək. Hansı ki, bu komanda Super Liqada mübarizə aparır və bu yay Türkiyəni Avropa Konfrans Liqasında təmsil edəəck.

Tovuzlular ayın 22-də isə TFF 1-ci liqa təmsilçisi “Eyupspor”la qarşılaşacaq. Bu komandanı ötənlərin məşhur futbolçusu Arda Turan çalışdırır.

İyulun 27-də isə “Turan Tovuz” iki yoxlama oyunu keçirəcək. Belə ki, Ayxan Abbasov səhər və axşam saatlarında Tanzaniya yüksək liqa təmsilçisi “Simba Sport” ilə oyunlarda komandanı sınaqdan keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: