“Turan Tovuz” ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, infrstrukturun ideal vəziyyətə gətirilməsi üçün baş sponsor “Huner Group”un maddi dəstəyi ilə stadion ərazisində iki mərtəbəli yeni bina inşa olunur. “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.
Bununla yanaşı, arenada projektorların quraşdırılması işlərinə də start verilib.
Xatırladaq ki, “Huner Group” Tovuz klubuna sponsorluq etməyə başlayandan az sonra stadionda yeni tablo da quraşdırılmışdı.








