“Fluminense”nin məşhur mərkəz müdafiəçisi Tyaqo Silva “Əl-Hilal”ın ulduz hücumçusu Neymarın gərginliyə davamlılıq səviyyəsini qiymət verib.
Arena.az xatırladır ki, futbolçular həmçinin Braziliya millisində birlikdə çıxış edirlər.
“Neymar zehniyyət baxımından çox güclüdür. Əgər Messi bütün karyerası boyunca Neymar kimi eyni təzyiq altında olsaydı, indiyə, təslim olardı. Neymarın üzərindəki təzyiq həddindən artıqdır. Bəzən bu, yorub əldən salır”, deyə Tyaqo Silva vurğulayıb.
Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.
Hazırda ulduz futbolçunun yaşıl meydanlara qayıdış müddəti uzansa da, Neymar dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.
Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


