U-17 millimiz Qəbələdə Qazaxıstan yığmasına qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) ilk yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, millimiz Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: