U-17 millimiz qalib gəldiyi rəqibə ikinci oyunda uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçına çıxıb.

Arena.az xəbər verir ki, yığmamız bu dəfə də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Millimiz bu oyunda 0:2 hesablı məğlubiyyətlə üzləşib. Halbuki, bu komandalar arasında sentyabrın 9-da keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanmışdı.

Xatırladaq ki, milli komandamızın İstanbul şəhərindəki təlim-məşq toplanışı isə sentyabrın 13-nə qədər davam edəcək.

U-17 millimizin baş məşqçisi Füzuli Məmmədov İstanbula 22 oyunçu aparıb:

  1. Həbib Hüşənov – Qəbələ
  2. Ayxan Əlizadə – Sabah
  3. Məsud Əlişanlı – EFA
  4. Səmid Əhmədov – Qəbələ
  5. Məhəmməd İmamaliyev – Neftçi
  6. Vüsal Paşayev – Sumqayıt
  7. Nadir Orucov – Sumqayıt
  8. Rəşad Alışov – Sabah
  9. Tuncay Əhmədov – Sabah
  10. Əkbər Məhərrəmov – Sabah
  11. Ömər Kərimov – Qəbələ
  12. İslam İsmayılzadə – Sabah
  13. Əmir Əliyev – Sabah
  14. Babamirzə Mehdiyev – Sabah
  15. Anar Hüseynov – Sabah
  16. Ziya Şəkərxanov – Qəbələ
  17. Emin Feyzullayev – Sabah
  18. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  19. Hikmət Cəbrayılzadə – Qarabağ
  20. Amid Qasımov – Qarabağ
  21. Ümid Səlimov – Sabah
  22. Röyal Fərzullazadə – Neftçi
Xəbəri sosial şəbəkələrdə paylaş: