UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan klublarına maliyyə vəsaiti ayrılıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, proqram çərçivəsində 2021/22 mövsümü üçün ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
UEFA Azərbaycan klubları üçün bütövlükdə 1 milyon 900 min avro vəsait göndərib. Maliyyə vəsaiti Azərbaycan Premyer Liqasında çıxış edən aşağıdakı 7 klubun hesabına bərabər şəkildə köçürülüb:
“Neftçi” – 271.428 avro
“Zirə” – 271.428 avro
“Qəbələ” – 271.428 avro
“Sabah” – 271.428 avro
“Sumqayıt” – 271.428 avro
“Şamaxı” – 271.428 avro
“Səbail” – 271.428 avro
Qeyd edək ki, “Qarabağ” Azərbaycanın avrokuboklardakı ən uğurlu itirakçısı kimi fərqli formada mükafatlandırıldığı üçün, bu siyahıda yer almayıb.


