Bu gün keçiriləcək sonuncu yarımfinal oyunu ilə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün sonuncu finalçısı müəyyənləşəcək.
Arena.az xəbər verir ki, Almaniyada təşkil olunmuş həlledici raundun ikinci günündə İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.
İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma “Ştutqart Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Xatırladaq ki, ötən gün baş tutmuş ilk yarımfinal matçında Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək.
UEFA Millətlər Liqası
Yarımfinal
5 iyun
23:00. İspaniya – Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Ştutqart, “MHP Arena”.


