UEFA reytinqi: “Sabah” Azərbaycanı İsrailə yaxınlaşdırdı

“Sabah”ın ötən gün Çempionlar Liqasında (ÇL) qazandığı növbəti qələbə sayəsində Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

Arena.az xəbər verir ki, bu, sözügedən komandanın ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın KuPS kollektivini doğma meydanda 1:0 hesabıyla məğlub etməsi nəticəsində mümkün olub.

Beləliklə, ölkəmizin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb. Azərbaycan hazırda 20,312 reytinq əmsalı ilə 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Slovakiyanın 18,750 əmsalı var.

UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Xatırladaq ki, avrokuboklardakı digər təmsilçilərimizdən “Neftçi” də bu gün Konfrans Liqasının 2-ci raundunda ilk matçına çıxacaq. “Zirə” və “Qarabağ”ın növbəti oyunları isə sabah baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: