“Valensiya”nın yeni baş məşqçisi bəlli oldu

İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xose Bordalas çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İspaniyalı məşqçinin son klubu “Xetafe” olub. O, 2016-cı ildən bu komandaya rəhbərlik edirdi. “Xetafe” La Liqada son mövsümü 15-ci sırada bitirib.

“Valensiya” isə geridə qalan mövsümü 13-cü pillədə başa vurub. Klub rəhbərliyi mövsümün sonuna bir neçə tur qalmış baş məşqçi Xavi Qrasiyanı istefaya göndərmiş, komandanı müvəqqəti olaraq Salvador Qonsalesə həvalə etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: