Futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turu “Sabah”ın yeni baş məşqçisi Vasili Berezutski üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis paytaxt klubunun sükanı arxasında debüt edib.
Berezutskili “Sabah” doğma meydanda qarşılaşdığı “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.
Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub. Ona qədər 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.
Vasili Berezutski Azərbaycan Premyer Liqasında 5-ci rusiyalı baş məşqçidir. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.



