Ukraynanın “Lvov” klubunun hücumçusu Velves Santos Damatsena “Zirə”yə transfer olunub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Zirə təmsilçisi Velvesi bir illik icarəyə götürüb. 20 yaşlı futbolçu ilə 1+3 illik müqavilə imzalanıb. Braziliyalı hücumçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. Damatsenanın transfer hüququ alınacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.
Qeyd edək ki, Velves Damatsena “Lvov”dan başqa Slovakiyanın “Lokomotiva” klubunda da çıxış edib.


