Vinçentso Montella rəsmən Türkiyə millisində!

İtalyan mütəxəssis Vinçentso Montella futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

49 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş alman baş məşqçi Ştefan Kuntsu əvəz edib.

Vinçentso Montella son olaraq ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunda baş məşqçi kimi çalışıb. O,

TFF 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Xatırladaq ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə yığmasına rəhbərlik edirdi. O, “ay-ulduzlular”ı cəmi 20 oyuna çıxıb. Qardaş ölkə yığması bu görüşlərdə 12 qələbə qazanıb, 3 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Kunts daha öncə Almaniyanın U-21 və əsas yığmalarına, həmçinin aşağı liqalarda çıxış edən bir neçə komandaya da rəhbərlik edib.

Sonda onu da qeyd edək ki, Türkiyə yığmasını bundan sonra italiyalı mütəxəssis Vinçentso Montellanın çalışdırması gözlənilir. O, son olaraq qardaş ölkədə “Adana Dəmirspor” komandasına rəhbərlik edib. Montella 2021-ci ilin sentyabrından çalışdırdığı Super Liqa təmsilçisindən bu yay ayrılmışdı. İtalyan məşqçi bu komandanı bütövlükdə 76 oyuna çıxarıb. Adana təmsilçisi bu görüşlərdə 38 qələbə qazanıb, 17 heç-heçə edib, 21 məğlubiyyətə üzülüb. Super Liqada geridə qalan mövsümü 69 xalla 4-cü pillədə başa vurmuş “Adana Dəmirspor” Avropa Konfrans Liqasına vəsiqə qazanmışdı.

Montella daha öncə “Fiorentina”, “Sevilya”, “Milan”, “Sampdoriya”, “Kataniya” və “Roma”da da çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: