Futbol üzrə Braziliya millisinin və Madrid “Real”ının sol vingeri Vinisius Junior dünyanın ən bahalı dörd oyunçusundan birinə çevrilib.
Arena.az xəbər verir ki, “Transfermarkt” internnet-portalı ənənəvi olaraq yay mövsümü üçün dünyanın 10 ən bahalı futbolçusunun siyahısını açıqlayıb.
Siyahıda ən əlamətdar məqam “Real”ın braziliyalı futbolçusu Vinisius Juniorun dünyanın ən bahalı oyunçularının dördlüyünə daxil olmasıdır.
“Vini”nin transfer dəyəri 150 milyon avro məbləğindən 30 milyon avro məbləğində bahalaşaraq, hazırda 180 milyon avro məbləğ təşkil edir.
Daha bir əlamətdar məqam isə dünyanın ən bahalı futbolçularının onluğuna İspaniya yığmasının və “Barselona”nın sağ vingeri Lamin Yamalın daxil olmasıdır. Yeniyetmə futbolçunun transfer dəyəri 90 milyon avro məbləğindən 30 milyon avro məbləğində artaraq, hazırda 120 milyon avro məbləğ təşkil edir. Bu da Yamalın Rodridən (130 milyon avro) sonra futbol tarixinin ən bahalı ikinci ispaniyalı futbolçusu olması deməkdir.
Dünyanın ən bahalı futbolçularının siyahısında “Real”ın 3 futbolçusu ilk dördlükdə yer alıb:
- Cud Bellingem (“Real”) – 180 milyon avro;
- Erlinq Haland (“Mançester Siti”) – 180 milyon avro);
- Vinisius Junior (“Real”) – 180 milyon avro);
- Kilian Mbappe (“Real”) – 180 milyon avro);
- Filip Foden (“Mançester Siti”) – 150 milyon avro);
- Bukayo Saka (“Arsenal”) – 140 milyon avro);
- Florian Virts (“Bayer”) – 130 milyon avro);
- Camal Musiala (“Bayerrn”) – 130 milyon avro);
- Rodri (“Mançester Siti”) – 130 milyon avro);
- Lamin Yamal (“Barselona”) – 120 milyon avro).


