Kişilərdən ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün Gümüş Avropa Liqasının yeni mövsümündə ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığmamız birinci tura ev sahibliyi edən İsveç komandası ilə qarşılaşıb.
Qarşılaşmada rəqib aşkar favorit hesab olunurdu. Bu, oyunda da öz əksini tapıb. Voleybolçularımız isveçlilərə yalnız ikinci setdə müqavimət göstərə biliblər. Digər iki setdə isə İsveç komandası müvafiq olaraq, 12 və 11 xallıq fərqlə üstün olub.
Qeyd edək ki, günün digər görüşündə İslandiya Lüksemburqu sınağa çəkəcək. Yığmamız isə ikinci oyununu sabah Gürcüstana qarşı keçirəcək.
Gümüş Avropa Liqası
1-ci tur
6 iyun
Azərbaycan – İsveç 0:3 (13:25, 20:25, 14:25)
Hakimlər: Ellen Mari Burhem (Norveç), Morten Kleyn (Danimarka).
Umeo, “Energi Arena Vatten”.


