Vüqar Bəybalayev oynamadı, “Telavi” xalsız qaldı

Futbol üzrə Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçu bu dəfə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 9 oyunda cəmi 6 xal toplayıb və 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: