Vüsal Məsimov “Karvan”da

Geridə qalmış mövsümü “Şamaxı”da keçirmiş sol cinah müdafiəçisi Vüsal Məsimov yeni mövsümdə “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, azad agent statusunda olan 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Vüsal Məsimov “Şamaxı”ya bu ilin yanvar ayında “Səbail”dən keçmişdi. 25 yaşlı futbolçunun əyalət klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var idi. O, “Şamaxı”nın heyətində 11 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Məsimov karyerası ərzində “Kəpəz”, “Turan Tovuz”, “Səbail” və “Qəbələ” kimi klubların da formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında oynasa da, əsas milliyə dəvət almayıb.

“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev və Samuel Durrantı da heyətinə qatmışdı. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov və Roman Hüseynov komandanı tərk ediblər. Kamran İbrahimovla da yeni müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: