2026/2027-ci illər mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha bir futbolçu – Vüsal Məsimov ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Premyer Liqada “Karvan”da çıxış etmiş Vüsal Məsimovla 1+1 illik müqavilə bağlayıb.
26 yaşlı cinah müdafiəçisi ötən mövsüm Premyer Liqada 17 oyuna çıxıb və 2 qol ötürməsi ilə yadda qalıb.
Xatırladaq ki, Vüsal Məsimov daha öncə də “Səbail”də çıxış edib. O, 2024/2025-ci illər mövsümündə məhz “dənizçilər”in uğurları üçün çalışıb.
“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov və Zeynəddin Abdurrahmanovu da heyətinə qatmışdı. Sözügedən klub həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu, “Mingəçevir”dən isə Kənan Quliyevi transfer edib.


