İspaniya La Liqasının prezidenti Xavyer Tebas Lionel Messinin “Barselona”ya qayıdışının baş tutmamasına münasibət bildirib.
Arena.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, bu transferin pozulması səbəbindən İspaniya çempionatının dəyərini itirə biləcəyindən narahat olub-olmaması barədə suala belə cavab verib:
“Hər il eyni əhvalatlarla qarşılaşırıq və klubların maliyyə problemlərinin olması məni narahat edir. Məni həqiqətən narahat edərdi ki, bu İngiltərədəki kimi baş verir, hökumət bu ölkənin rəsmi futbol sənədlərini tərtib edərkən, büdcələrin həddən artıq şişirdildiyini və çoxlu xərclərin olduğunu, bir çox klubların müflis olduğunu və ya iflas edə biləcəyini qeyd edir. Mən həm də narahat olaram ki, İtaliyada dövlətdən 700 milyon avro məbləğində verginin təxirə salınmasını istəmək məcburiyyətində qalırlar. Yoxsa məni, bunun klubları ən çox məğlub olan Fransada necə baş verdiyi narahat edərdi”.
Xatırladaq ki, daha əvvəl Messi PSJ-dən azad agent qismində MLS-də çıxış edən “İnter Mayami”yə keçmişdi. Baxmayaraq ki, argentinalı ulduzun bu yay yenidən sabiq klubu “Barselona”ya qayıdacağı gözlənilirdi.


