Xuan Kamara: “İlkin təəssüratlarım möhtəşəmdir”

“Sabah”ın yeni transferi Xuan Kamara paytaxt klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşüb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında komanda ilə məşqlərə başlamaq üçün səbirsizləndiyini deyib:

“Bura gəldikdən sonra gördüklərimə əsasən ilkin təəssüratlarım möhtəşəmdir. Bu gün yeni komanda yoldaşlarımla tanış olacam. Komandaya qoşulmaq, məşqlərə başlamaq üçün səbirsizlənirəm. Yeni mövsümün bizim üçün möhtəşəm olmasını istəyirəm”.

Xuan Kamara müqavilə ilə Polşanın “Yagelloniya” klubuna məxsusdur. İspaniyalı vinger bir illik icarəyə götürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: