Yeniyetmələrdən ibarət cüdo millimiz Teplitsedə 2-ci oldu

Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında təşkil olunmuş cüdo üzrə Avropa Kubokuna bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, yarışın ilk günündə milli komandamız 7 medal qazanıb.

Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl medala yiyələniblər. Gülşən Hüseynova (-44 kq) gümüş medalı boynundan asıb. Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olublar.

Bu nəticələrdən sonra Azərbaycan millisi ilk yarış gününü birinci pillədə tamamlayıb.

Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar. Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələniblər.

Beləliklə, yeniyetmə cüdoçularımız Teplitsedəki Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitiriblər.

Qeyd dək ki, turnirdə 38 ölkədən 805 cüdoçu qüvvəsini sınayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: