Yoxlama oyunu: Millimizin rəqibi Yeni Zelandiyaya 4 qol vurdu

Ötən gecə dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib. Arena.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri Polşa və Almaniya yığmaları arasında baş tutub.

Almanlar bu görüşdə minimal hesabla məğlub olublar. Serbiya yığması İordaniya üzərində çətin qələbəyə sevinibsə, Çin və Çili yığmaları rəqiblərini darmadağınla yenib.

Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan İsveç yığması da darmadağına sevinib. Yığmamzın rəqibi Yeni Zelandiyanı 4 qolla məğlub edib.

Yoxlama oyunu
17 iyun

Çin – Myanmar 4:0
Çin Taypeyi – Tailand 2:2
Cənubi Koreya – Peru 0:1
Sinqapur – Papua Yeni Qvineya 2:2
İsveç – Yeni Zelandiya 4:1
Serbiya – İordaniya 3:2
Polşa – Almaniya 1:0
Kolumbiya – İraq 1:0
Çili – Dominikan 5:0

Xəbəri sosial şəbəkələrdə paylaş: