Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub və Bakı İdman Sarayında keçirilib.
Tura ötən mövsümün qızıl və gümüş medalçılarının görüşü ilə start verilib. Son çempion “Araz-Naxçıvan” “Neftçi” ilə görüşdə daha güclü olduğunu növbəti dəfə isbatlayıb.
Turun ikinci oyunu daha gərgin və dramatik keçib. Görüş boyu hesabda geri olan və oyunçusu qırmızı vərəqə alan “Yasamal Bakı” son saniyələrdə vurduğu qolla qələbə qazanıb. Bu debütantın Yüksək Liqada ilk qələbəsi olub.
Son matçda isə U-19-la iddialı “Baku Fire” üz-üzə gəlib. Təcrübəli futzalçılardan qurulan “Baku Fire” böyükhesablı qələbə qazanıb.
Yüksək Liqa
2-ci tur
30 sentyabr
“Neftçi” İK – “Araz-Naxçıvan” 1:6
Qollar: Mirzə Əmirov, 37:39 – Erik Danillo, 1:24; 13:16. Felipinyo, 7:56. Xətai Bağırov, 17:59. Lukas Romao, 25:52. Katatau, 38:19.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.
“Yasamal Bakı” – “Record” 4:3
Qollar: Adil İsmayılov, 27:25; 37:22. Anar İsayev, 27:59. Rüstəm Bağırov, 39:37 – Cavad Barzegar, 2:59; 12:17. Zöhrab Quluşev, 33:26.
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
30 sentyabr. Bakı İdman Sarayı. Saat 16:00.
“Baku Fire” – U-19 10:1
Qollar: Nihad İsmayılov, 3:02; 17:17; 31:30. Tofiq Mikayılov, 4:26. Oktay Rüstəmli, 24:06; 31:41. Kənan Manafov, 26:09; 33:43. Tofiq Əliyev, 37:14; 38:40 – Qüdrət Qasımzadə, 1:35-pen.
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:00.


