Futbol üzrə İsveç yığmasının və “Milan”ın sabiq ulduz hücumçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı paylaşım edib.
Arena.az xəbər verir ki, İbrahimoviç özünün sosial şəbəkə hesablarının birində yazıb:
“Hər şey bir xəyaldan başladı. Qeyri-mümkünü mümkünə çevirən xəyaldan. Mən Malmödə anadan olmuşam. Amsterdamda böyümüşəm. Turində daha müdrik oldum. Barselonada şirə döndüm. Milanda böyüdüm və Parisdə yeni perspektivlər əldə etdim. Mançesterdə təmkin tapdım və Los Ancelesdə əyləndim. Və nəhayət, yeni vətənim Milanda dinclik tapdım.
Məni siz yaratdınız. Və özümdən sonra geridə qoymağı ümid etdiyim miras isə – tərəfimdən yaradılmış yeni Zlatanlardır. Hamısı, hansılar ki, aslan ürəyinə sahibdirlər. Gözlərində od yananların hamısı. Heç bir şeyin qeyri-mümkün olmadığını səmimi anlayanların hamısı. Hər şey üçün təşəkkür edirəm”.
Xatırladaq ki, daha əvvəl 41 yaşlı Zlatan İbrahimoviç karyerasını bitirdiyini açıqlamışdı. İsveçli futbolçu “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında çıxış edib. O, geridə qalan mövsümün sonunda “Milan”da futbolla vidalaşıb.


