Zlatko Daliç: “Bu da bu – bizim olmayan Avropa çempionatı”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda İtaliya yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az xatırladır ki, Xorvatiya yığması ounun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+8) qələbəni əldən verib.

“Albaniya yığması ilə son dəqiqə, bu gün son dəqiqə. Uşaqları yalnız göstərdikləri döyüşə, hazırlığa, fədakarlığa görə təbrik edə bilərəm. Bax, budur – bizim olmayan yarış.

Xorvatiya yığması xüsusilə birinci hissədə yaxşı idi. İspaniya və Albaniya yığmaları ilə oyunlarda bacarmadığımız bir qol belə, buraxmadıq. Mən oğlanları yalnız gözəl oyun münasibətilə təbrik edə bilərəm.

Biz iki penaltini gerçəkləşdirmədik, əlavə vaxtda iki qol buraxdıq, belədir. Ələmə mərhələsinə çıxmaq üçün nəzəri imkanlarımızmı? Olsun, buna təsir edə bilmərik, vəziyyət öz əlimizdə idi. Bizi dəstəkləyən insanlara təşəkkür edirəm, onlara acıyıram, buna görə məyus oldum” – UEFA-nın mətbuat xidməti xorvat mütəxəssisdən sitat gətirir.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “B” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. İspaniya – 9 xal
  2. İtaliya – 4 xal
  3. Xorvatiya – 2 xal
  4. Albaniya – 1 xal

İspaniya və İtaliya yığmaları yarışın 1/8 final mərhələsinə vəsiqə birbaşa qazanıblar. “Skuadra adzurra” ələmə mərhələsində İsveçrə yığması ilə qarşılaşacaq. Xorvatiya yığmasının isə 1/8 finala çıxmaq üçün çox cüzi nəzəri imkanı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: