Zlatko Daliç İspaniya yığmasına məğlubiyyəti şərh etdi

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda İspaniya yığmasına məğlubiyyəti (0:3) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, ən yaxşı başlanğıc deyil, amma İspaniyanı qələbə münasibətilə təbrik edirəm. Qüvvəmiz və aqressivliyimiz çatışmırdı, səhv ucbatından isə ilk qolu buraxdıq. Ən pisi odur ki, birinci hissədə fasilə ərəfəsində qol buraxdıq. Biz buna imkan verməməliydik, oyunun aqibəti məhz o vaxt həll oldu.

Nəyin səhv olduğunu təhlil edəcəyik. Rəqibə çox vaxt və məkan verdik və cəzalandıq. Qrup mərhələsində iki oyunumuz var. Biz onlara diqqət yetirməli və iki qələbəyə çalışmalıyıq”, deyə Zlatko Daliç vurğulayıb.

1-ci turdan sonra 3 xal toplamış İspaniya yığması “B” qrupunun lideridir. Digər komandalar isə belə sıralanıblar: İtaliya (3 xal), Albaniya və Xorvatiya (hər ikisi xalsız).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: