Əvəzedicilər: 13-cü turun son günündə 2 oyuna 12 qol

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 13-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Turan Tovuz”la “Sabah”ın əvəzediciləri arasındakı oyun daha məhsuldar alınıb. Yeddi qolluq qarşılaşmanın yekununda qələbəni paytaxt təmsilçisi bayram edib.

Beş qolluq “Neftçi-2” – “Sumqayıt-2” matçında da qonaqlar qələbə qazanıblar.

Əvəzedicilər Liqası
13-cü tur
10 noyabr

“Araz Naxçıvan-2” – “Kəpəz-2” 3:0
Qollar: Nihad Əmrahzadə, 23. Amin Ağayev, 34. Vüsal Alızadə, 90+2.
Hakimlər: Mahmud Bağırzadə, Asif Abdullayev, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

11 noyabr

“Qarabağ-2” – “Səbail-2” 2:1
Qollar: Nihad Mollayev, 16. Elton Mikayılov, 74 – Məmməd Əhmədov, 1.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:00.

“Zirə-2” – “Qəbələ-2” 1:2
Qollar: Emil Bayramov, 45+1 – Rəvan Əsədov, 11. Bilal İsmayılov, 62.
Hakimlər: Şamil İmanzadə, Asiman Əzizli, Kərim Zeynalov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”, 17:30.

12 noyabr

“Turan Tovuz-2” – “Sabah-2” 3:4
Qollar: Xəyal Əliyev, 30-öz qapısına. Səbayıl Bağırov, 88; 90+4 – Ruhid Mustafayev, 18. Ceyhun Nuriyev, 77. Mixail Beştoyev, 86. Yaqub Yusubov, 90+5.
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Neftçi-2” – “Sumqayıt-2” 2:3
Qollar: Fərid Yusifli, 14. İsmayıl Zülfüqarlı, 45+4 – Uğur Cahangirov, 33-pen; 82. Əjdər Hacılı, 35.
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: