Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 4-cü turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, üç günü əhatə edəcək turun bütün görüşləri saat 17:00-da start götürəcək. Avqustun 24-də bir, 25-də və 26-da isə iki görüş keçiriləcək.
Əvəzedicilər Liqası
4-cü tur
24 avqust
“Səbail-2” – “Kəpəz-2”
“Bayıl Arena”.
25 avqust
“Qarabağ-2” – “Turan Tovuz-2”
Bakı. “Azərsun Arena”.
“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Bakı. “ASK Arena”.
26 avqust
“Sabah-2” – “Sumqayıt-2”
Bakı. “ASK Arena”.
“Şamaxı-2” – “Zirə-2”
Şamaxı şəhər stadionu.


