Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 13-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Araz Naxçıvan”la “Kəpəz”in əvəzediciləri arasındakı görüşdə meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Əvəzedicilər Liqası
13-cü tur
10 noyabr
“Araz Naxçıvan-2” – “Kəpəz-2” 3:0
Qollar: Nihad Əmrahzadə, 23. Amin Ağayev, 34. Vüsal Alızadə, 90+2.
Hakimlər: Mahmud Bağırzadə, Asif Abdullayev, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.
11 noyabr
“Qarabağ-2” – “Səbail-2”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:00.
“Zirə-2” – “Qəbələ-2”
Hakimlər: Şamil İmanzadə, Asiman Əzizli, Kərim Zeynalov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”, 17:30.
12 noyabr
“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.
“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


