Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 11-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyunu Tovuz şəhər stadionunda keçirilib. Burada yerli “Turan Tovuz” və “Kəpəz”in əvəzediciləri qarşılaşıblar. Oyunun taleyini bir qol həll edib. Gəncə təmsilçisi səfərdə 3 xalı tək qolla qazanıb.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri oktyabrın 27-də və 28-də keçiriləcək. Həm bazar günü, həm də bazar ertəsi günü iki qarşılaşma baş tutacaq.
Əvəzedicilər Liqası
11-ci tur
26 oktyabr
“Turan Tovuz-2” – “Kəpəz-2” 0:1
Qol: Cavad Kərimov, 30.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sərxan İsmayılov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 15:00.
27 oktyabr
“Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Cəmil Quliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”, 15:00.
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Kərim Zeynalov, Vüqar Həsənli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
“ASK Arena”, 16:00.
28 oktyabr
“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”, 14:00.
“Sabah-2” – “Neftçi-2”
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Rahil Ramazanov, Niyazi Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASK Arena”, 16:00.


